.backend

Biz onların da gələcəyinin təminatçısıyıq ...

Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor
 

Prezident İlham Əliyev hər zaman erməni xalqının faşist Köçəryan-Sarkisyan rejiminin, terrorizm ideologiyasının qurbanına çevrildiyini və rejimin məntiqsiz siyasəti nəticəsində əziyyət çəkdiklərini bildirib.

Hələ Vətən müharibəsindən əvvəl də, 44 günlük müharibə zamanı da erməni analarına müraciət edərək övladlarını mənasız yerə ölümə göndərməməyə çağırırdı.

O, “Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır” deməklə terrorçu rejimin əsarətindən qurtarmağa, öz iradələri ilə dinc və əmin-amanlıq şəraitində yaşamağa dəvət edirdi.

Müharibə zamanı döyüşməkdən imtina edən, Azərbaycana məxsus torpaqlar üçün ölmək istəməyən 10 mindən çox erməni əsgəri bu əməlləri ilə göstərdilər ki, onlar terrorçu hakimiyyətin qurbanına çevrilmək istəmirlər.

Müharibə zamanı Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilər də sülh üçün çarpışır, müharibənin tez bitməsini istıəyir, beynəlxalq təşkilatlara müraciət edərək savaşın dayandırılmasını istəyirdilər.

Onlar həmin vaxt İrəvanın saxta vədlərinə də inanmayaraq Azərbaycanın qələbə qazanacağına və mənasız müharibə aparılmasına müxtəlif yollarla etirazlarını da bildirirdilər.

Bu gün də erməni cəmiyyətinin müxtəlif dairələri, ekspertlər və hərbçilərin özü Azərbaycanın öz torpaqları uğrunda can qoymasından bəhs edir, müharibədə Türkiyə hərbçilərinin iştirak etməsi barədə fikirləri inkar edirlər.

Onlar bildirirlər ki, Ermənistana qarşı müharibə aparaın Türkiyə yox, Azərbaycanlı əsgərlər və zabitlər olub. Qondarma rejimin “Müdafiə Nazirliyi”nin keçmiş mətbuat katibi Senyor Asatryan etiraf edir ki, müharibənin yenidən başlanmasını istəyənlər erməni xalqını yeni fəlakətə sürükləyə bilərlər, çünki Azərbaycan Ordusu çox güclüdür və istənilən halda uduzan ermənilər olacaq.

Erməni politoloq Armen Baqdasaryan da belə qənaətdədir ki, Azərbaycan Qarabağı öz gücü ilə azad edib və status məsələsi birdəfəlik bağlanıb. Bu reallığı dəyişdirməyə kənar qüvvələr qadir deyil. Çünki bütün prosesləri və vəziyyəti Azərbaycan müəyyən edir.
Göründüyü kimi erməni erməni cəmiyyəti öz səhvlərini anlayaraq sülhün tərəfindədirlər.

Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi sadə erməni xaqlı müharibə istəmir, onlar Paşinyanın məğlub dövlət başçısı olmasına baxmayaraq revanşizmi təşviq edən, insanları yenidən müharibəyə çağıran qatil Sarkisyanın çağırışlarına qarşıdırlar, Serjikə nifrət o qədər güclüdür ki, növbədənkənar seçkilərdə xalq ondan üz döndərdi, səs vermədilər, bununla da açıq şəkildə göstərdilər ki, onlar müharibə yox, sülh istəyirlər.

Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskinin bir fikri burada yerinə düşür, politoloqun vurğuladığı kimi erməni xalqı qonşusu Azərbaycanla düşmənçilikdən bezib, onlar normal əlaqələrin olmasını arzu edirlər.

Ona görə də, Ermənistanın Azərbaycanın təklif etdiyi sülpərvər siyasətlə razılaşmaqdan, o cümlədn “3+3 formatına” qoşulmaqdan başqa çıxış yolu yoxdur.

Digər siyasi şərhçı Oleq Kuznetsovun da qeyd etdiyi kimi Ermənistanın siyasi, ideoloji, diplomatik, maddi-maliyyə, intelektual, insan baxımından resursları yoxdur ki, Azərbaycandan Qarabağ mövzusunda nəsə tələb etsin, onların yeganə yolu normal münasibətlər şəraitində yaşamaqdır.

Ermənistan cəmiyyətinin praqmatik düşüncə sahibləri də etiraf edirlər ki, Azərbaycanla mehriban qonşuluq əlaqələri qurmaq lazımdır, diplomatik əlaqələrin bərpasının vaxtıdır, İrəvan sülh və dövlət sərhədi haqqında sazişin imzalanmasını gecikdirməməlidir.

Ali Baş Komandan bu günlərdə Cəbrayıla və Hadruta səfər zamanı bir daha erməni xalqına müraciətində onların Qarabağda təhlkəsiz və rahat yaşamalarının yalnız Azərbaycanın zəmanəti ilə, erməni xalqının gələcəyinin məhz Azərbaycanla sülh qonşuluq şəraitində mümkün olacağını xatırlatdı.

Cənab Prezident olduqca humanist, mərhəmətli, insanpərvər, sülpərvər niyyətlidir. Onun bu xoş niyyəti artıq İrəvanda və Ermənistanın bir sıra bölgələrində, müxtəlif dünya ölkələrində yaşayan minlərlə erməni tərəfindən müsbət qarşılanır.

Onlar başa düşürlər ki, müharibə onlar üçün arzuolunmaz fəlakətdir və Azərbaycanla normal əlaqələr qurmaq lazımdır.






5.0813930034637