.backend

FHN zabitlərinin kirayə və Türkiyə pulu hələ də verilmir? - İDDİA

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəhbərliyi əməkdaşlarının kirayə pullarının cəmi 20 faizini köçürüb. İndiyə qədər kirayə haqlarının hamısı ödənilməyib.

FHN zabitlərinin problemi mediada ictimailəşdikdən sonra 20 faiz pul köçürülsə də, məsələ tam həllini tapmayıb.

Bundan əlavə, Türkiyədəki yanğınların qarşısını almaqda fədakarlıq göstərmiş azərbaycanlı yanğınsöndürənlərin ezamiyyət ödənişləri verilməyib. Bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu məsələdən xəbəri yoxdur.

Həmçinin, Xüsusi Riskli Xilasetmə Xidmətində ədalətsizliyə yol verildiyi deyilir. Belə ki, gizirlər növbəyə yazılarkən kimin rəhbərlikdə adamı varsa yaxşı postlara, olmayanlar pis postlara göndərilir. Məsələn, tikinti postlarına pul verənlərin göndərildiyi iddiaları var.

Məlumatda deyilir ki, növbələrə polkovnik-leytenant Məmməd Xəlilli və müavini mayor Seyidəhməd Nurayev nəzarət edirlər.

Xidmətin rəisi Şahmar Paşayev isə bu problemləri yoluna qoymur. Ezamiyyət və kirayə pullarının hara getdiyi isə məlum deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə reportyor.info






2.3418250083923