.backend

Səfər Mehdiyevin qardaşının şirkəti məhkəməyə verildi

"Sumqala Tikinti Təchizat” MMC-yə məxsus avtomobil yol-hərəkət qaydalarını ciddi şəkildə pozduğuna görə məhkəməyə verilib.
 
Qaynarinfo.az-ın məlumatına görə, MMC "Yol Hərəkəti Qaydaları Əleyhinə Olan İnzibati Xətalar. 347-ci maddə"ni pozduğuna görə məhkəməyə müraciət edilib.
 
Qeyd edək ki, 347-ci maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə məhsuliyət daşıyır. 
 
Onu da qeyd edək ki, MMC-nin əsas ünvanı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndidir. KİV-də yayılan məlumata görə, "Sumqala Tikinti Təchizat” MMC-nin sahibi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qardaşı qardaşı Kazım Mehdiyevdir.
 
Mənbə Qaynarinfo.az
 






3.6079549789429