.backend

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Qusar rayonunda yaşadığı evi təkr edən koronovirus xəstəsi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba  regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qusar  rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.  Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.






1.5644791126251