.backend

Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı AÇIQLANDI

Son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı azalıb.

MillətinSəsi.info-nun açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən məktəbyaşlı (15-17 yaş) qızların sayı 2019-cu illə müqayisədə ötən il 41% azalaraq 49 nəfərdən 29 nəfərə düşüb.

Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 34 min 719 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 6,9% və ya 2 min 589 nəfər azalıb.

Abort etdirənlərin 3,7% və ya 1 299 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 10,7% və ya 156 nəfər azalıb.
Müqayisə üçün son 15 ildə qeydə alınan abortların sayını təqdim edirik:

İllər Abortların ümumi sayı Məktəbyaşlı qızlar arasında abortların sayı
2005-ci il 19 586 -
2010-cu il 26 801 158
2015-ci il 27 452 50
2019-cu il 37 308 49
2020-ci il 34 719 29






0.7590799331665