.backend

Avroviziya qalibi olan türkiyəli müğənni xəstəxanalıq oldu 

Türkiyəli məşhur müğənni Sertap Erener xəstəxanaya yerləşdirilib. 

Erener “Instagram” hesabından vəziyyəti ilə bağlı ilk açıqlamanı verib.

“Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Xəstəxanadayam, müalicə alıram. Yenidən görüşərik”, - deyə o bildirib.

Mədə-bağırsaq problemi ilə əlaqədar müalicə alan ifaçı bir neçə konsertini təxirə salmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, türk pop müğənnisi Sertap Erener 2003-cü ildə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.

 






0.6805899143219