.backend

İcra başçısı Mərdan Camalovun nəzərinə: Zərdab rayonu zülmətə qərqü olub - FOTOFAKT

Zərdabın küçələri zülmətə qərq olub. TİA.Az-a təqdim olunan fotolardan da görünür ki, rayonda işıq dirəklərinin lampaları yanmır. Sakinlərin sözlərinə görə, icra başçısı Mərdan Camalov Zərdabı zülmətə bürüyüb.

Zərdablılar bildirirlər ki, axşamlar yollar zil qaranlıq olur, göz gözü görmür. Onların dediyinə görə, sürücülər üçün qəza riski yaranır. Amma İH başçısı tərəfindən heç bir tədbir görülmür.

Sakinlər danışırlar ki, icra başçısı yolların işıqlanması üçün pul tapmır, yoxsa ayrılan vəsaiti mənimsəyib?! Onların sözlərinə görə, viran qoyulmuş Suriya və Əfqanıstanda belə Zərdab kimi zülmət və qaranlıq yoxdur.

“Axşamlar küçəyə çıxmaq olmur. Rayonun bütün işıqları söndürülür. Mərdan Camalov yaşadığı evin pəncərəsindən boylanıb bir küçəyə baxsın, görsün rayonu nə günə qoyub. Ümumiyyətlə, icra başçısı rayonla maraqlanmır” – deyə sakinlər söyləyirlər.

Rəsmi məlumatda guya rayonda abadlıq işləri getdiyi, küçələrin işıqlandırıldığı deyilir, amma faktiki Zərdab zülmət içindədir.

Şikayətlə bağlı Zərdab rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






0.63474988937378