.backend

Azərbaycana yeni baş dövlət fitosanitar müfəttiş təyin edilib 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yeni təyinat olub.

Milletinsesi.info-ın əldə etdiyi məlumata görə, bununla bağlı agentlik sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Taleh Xəmməd oğlu Şəmiyev AQTA-nın Bitki sağlamlığı şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi təyin edilib.

Qeyd edək ki, T.Şəmiyev bundan əvvəl AMEA-nın Zoologiya İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bitkilərin Karantin Ekspertizası Laboratoriyasının müdiri, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Karantin Ekspertiza Mərkəzinin direktoru və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi” departamentinin Mərkəzi Fitosanitar Laboratoriyasının müdiri vəzifələrində çalışıb.






1.1092491149902