Ötən gün Nəcməddin Sadıkovun yaxın adamı, onun “sağ əli” hesab olunan Zahid Niftəliyev (“şlyapa” ləqəbli) həbs olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, məhkəmə zalında həbs olunub.
Verilən məlumatda Zahid Niftəliyevin mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.
Qeyd edək ki, “şlyapa” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Zahid Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun “sağ əli” olub.
Xatırladaq ki, bir müddət öncə media da yayılan məlumatlarda qeyd edilirdi ki, o vaxt Müdafiə nazirliyin rəhbərliyi Zahid Niftəliyevi dəfəərlə cəbhə bölgəsinə ezam etsə də, o özünə xəstəlik kağızı açdırıb, şəkəri, ayaqlarında tromp olduğunu iddia etməklə, bu qərarı icra etməkdən yayınıb.
Halbuki, cəbhədə olmaq, düşmənə güc-qüvvə nümayiş etdirmək hər bir vətən oğlunun müqəddəs borcudur. Görünür, Z.Niftəliyev üçün bu borc arxada özünə gün-güzəran qurmaqdan ibarətdir - deyə mənbə vurğulayıb.
Mediada yaılan məlumata görə, Nəcməddin Sadıqovun himayəsinə sığınan Zahid Niftəliyevin qara siyashısına düşən zabitlərin az sonra tutduqları vəzifədən azad edilir və ya rütbələri aşağı salınır. Zahid Niftəliyevdə, o dərəcədə, özünə vurğunluq, müştəbehlik xəstəliyi yaranıb ki, əsgər və zabit kadrlarının hüquq və azadlıqlarını məhdulaşdırmağa, onları hərbi korpusun gözləri qarşısında təhqir etməkdən, şərəf və ləyaqətlərini alçaltmaqdan belə çəkinmir.
Halbuki bu kimi hallar “Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanun"”un tələblərinə ziddir. Qanunun 1-ci maddəsinin 3-cü bəndinə görə, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir.
Mediada yaılan məlumatda o da qeyd edilirdi ki, o vaxt general-polkovnik Nəcməddin Saqıqovun yaratdığı Koordinasiya (yoxlama) Şurasının əməkdaşı olan Z.Niftəliyev şübhəli yollarla böyük sərvətə sahib olub:
"Onun Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissəsinin materialları hesabına özünə çox böyük həyəti olan evi tiktirib. Yasamal rayonu Şərifzadə küçəsində generalların binasında evi, böyük sahəyə malik olan qarajı var. Yasamalda Su Doldurma Məntəqəsinin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili, Fəlhə prospektində -Həzi Aslanov» metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin ən yaxşı yerində 10 sot torpaq sahəsi, Siyəzəndə (doğulduğu yerdə) böyük villası var. Oğlu şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edir.
Keçmiş vergilər naziri Fazil Məmmədovla qurulan iş birliyi hesabına hərbiyə kömək məqsədilə «Atabank»dan Z.Niftəliyevin adına 90 milyon manat pul götürülmüşdür. Sonradan qanunsuz maliyyə maxinasiyasını hərbi prokurorluq aşkarlayıb, iş araşduruldıqdan sonra məhkəməyə verilib. İlkin istintaq zamanı məlum olub ki, ayrılan 90 milyon manat vəsaitin 38 milyon manatını Z.Niftəliyev mənimsəyib.
Zahid Niftəliyevin geniş fəaliyyəti Müdafiə Nazirlyinin strukturlarına rəhbər şəxslərin təyinatı ilə də davam etdirilir. Redaksiyamıza təqdim olunan sənədlərə istinadən, məlum olur ki, onlarla korpus və birliklərə komandirlərin təyinatını Z.Niftəliyev həyata keçirib. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Təbii ki, bu özbaşınalığın və əliuzunluğun qarşısı alınmasa, yaxın vaxtlarda Z.Niftəliyev Müdafiə Nazirliyinin rəhbərliyinə də ciddi problemlər yaratmış olacaq. Hər halda, onun bu günə qədərki tərcümeyi-halı bunu deməyə əsas verir.