.backend

Xırdalan 8 nömrəli məktəbin direktoru Xatirə Şabanova Abşeron Təhsil şöbəsinə müdir təyin olunub?

Bir neçə vaxtdır, Abşeron Təhsil şöbəsinin müdiri vəzifəsinə heç bir təyinat yoxdur.Təhsil şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı işində törətdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Əldə etdiyimiz məlumata görə artıq bu posta Xırdalan şəhər 8 nömrəli məktəbin direktoru, adı mətbuatda daima qalmaqalda olan Xatirə Şabanova təyinat alıb.
 
Bu təyinat gizlin olsa da artıq məktəb direktoru bir neçə gündür 8 nömrəli məktəbə gəlmir.Məktəbə gələn şagirdlərin valideyinləri, hətta məktəb müəllimləri Xatirə xanımla görüşə bilmir. Ona görə ki, məktəb direktoru Xatirə Şabanova birbaşa yeni iş yeri kimi Abşeron Təhsil şöbəsinə gedir.
 
Faktı dəqiqləşdirmək üçün Xırdalan şəhər 8 nömrəli məktəblə əlaqə saxladıq, telefona cavab verən xanım, Xatirə Şabanovanın təhsil şöbəsində olduğunu dedi.
 
Məktəbə isə günortadan sonra hərdən gəlib baş çəkdiyini bildirdi.
 
Mövzunu dəqiqləşdirib sizlərə ətraflı məlumat verəcəyik.
 
Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.






0.77031111717224