.backend

“Azərişıq” ASC Sumqayıt Regional Mədəniyyət İdarəsi arasında 20 min manatlıq mübahisə yaranıb  

“Azərişıq” ASC Sumqayıt Regional Mədəniyyət İdarəsini məhkəməyə verib.

Milletinsesi.info-ın əldə etdiyi məlumata görə, Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin elektrik enerjisi sərfiyyatı ilə bağlı toplanan borcuna görə, qurum məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. İdarənin  mətbuat katibi Əminəxatun Tərlan Milletinsesi.info-ın sorğusuna cavab olaraq, məlumatı təsdiq edib.

O, bildirib ki, sözügedən borc Sumqayıt Regional Mədəniyyət İdarəsi yaranmazdan öncəki dövrə aiddir:

“Belə bir borc bizim qurum yaranmazdan öncəyə aid olduğu üçün bizim öhdəçiliyimizdə deyil. Daha əvvəl fəaliyyət göstərən Abşeron Mədəniyyət Evi tərəfindən enerji sərfiyyatına görə “Azərişıq” ASC-yə 20 min 478 manat 92 qəpik borc qalıb. Bu məsələ ilə bağlı iş 09 fevral 2021-ci il tarixində işə Sumqayıt Appelyasiya məhkəməsində baxılıb. Proses hələ də davam edir. Yəni, bu məbləği ödəmək Sumqayıt Regional Mədəniyyət İdarəsinin səlahiyyətində olmadığı barədə məlumat verilsə də, şikayət geri götürülməyib”.

Qeyd edək ki, iddiaya hazırda Ali Məhkəmədə baxılır.






0.69865083694458