.backend

Bakıda marketin qarşısında ağacları kim kəsib? 

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə iki ağacın kəsildiyi, üç ağacın isə düzgün budanmadığı müəyyən edilib:

“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.






1.2636070251465