.backend

Muxtar Babayevin nəzərinə: Quba-Qusar meşələrində bu il minlərlə ağac kəsilib - İDDİA

Ölkəmizin meşələrində yaşıl soyqırımların həyata keçirilməsi haqqında yüzlərlə fakt təqdim etməklə yazılar dərc etmişik və davam edirik.

Bölgələrdən gələn şikayətlərin mütləq əksəriyyəti yaşıllıqların məhv edilməsi ilə bağlıdır. Ancaq nə fayda, bütün bu soyqırımların başında birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyi dayanır. Elə bu məsələ ilə bağlı növbəti video faktı şikayətçinin dili ilə diqqətinizə çatdırırıq.

Siz video çəkilişdə dediyim yer Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisidir. Bu ağaclar qırmızı kitabda olan Xan Çinarı, Eldar şamı, Fıstıq və Palıd ağaclarıdır. 1 metrlik olmaqla material üçün kütləvi şəkildə qırılıb.

Meşələri doğramaga şərait yaradanlar, Quba regional meşə təsərrüfatı mərkəzinin rəisi Şahlar, baş inspektor Elvin və şöbə müdiri Hüseyndir. Onların göstərişi əsasında meşələr vəhşicəsinə qırılır. Bu ağaclar qırmızı kitabda olan iynəyarpaqlı palıd, xan çinarı, vələş və fıstıq ağaclarıdır.

Yanvar ayından başlayaraq meşələrimiz talan edilir. Quba regional meşə təsərrüfatı mərkəzinin rəisi və sair şəxslər deyirlər ki, qanun yoxdur, ağac kəsmək üçün yaranıb.

Bəs, onda niyə dövlət başçısı İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə kütləvi yaşıllıqların salınması üçün müvafiq göstərişlər vermişdir.

Deməli, prezident insanlara oksigen bəxş etmək istəyir, bunun vacibliyini bilir. Təəssüf ki, Quba meşələrində 10 minlərlə ağac kəsilib, ancaq rəsmi qurumlar bunu görməməzlikdən gəlirlər.

Bir qrup şəxs tərəfindən meşələrimiz talan edilir. Quba regional meşə təsərrüfatı mərkəzinin rəisi və kollektivi bir az da olsa vicdanlı davransınlar. Belə vəhşilik olmaz.

Hər bir meşə gözətçisinə hədə-qorxu gələrək deyirlər ki, meşə qırılmasa vəzifədən kənarlaşdırılıb, işdən azad olunacaqsan. Bu minvalla meşə gözətçiləri kənara çəkilir və rəhbərlik öz qohum-əqrəbası ilə şəxsi avtomobillərdən istifadə etmək yolu ilə meşələri doğrayaraq mebel sexlərinə, yeşik sexlərinə satırlar.

Bu ilin yanvar ayından etibarən meşələr dayanmadan heç bir əsaslandırma aparılmadan qırılır. Buna təbiət dözər? 2020-ci ildə rayonda idarə və təşkilatlar lazımi qaydada odun yanacağı ilə təmin olunmayıb. Bəs bu qədər odun qırılaraq hara gedib?

Bura isə Quba rayon Möhüc meşəbəyliyidir. 2021- ci il 10 sentyabr tarixi.Meşə gözətçisinin adı Ağami və Ağagüldür. Burada da ancaq sağlam ağacları kəsərək aparıblar. Meşə dilində desək ayaq üstə yalnız sanitarnı ağaclar qalıb. Qubada 50-sayda meşə bu vəziyyətdədir.

Ən acınacaqlı vəziyyət Vəlvələ-Şudux meşələrindədir.10 minlərlə palıd ağacı Elşən Qurbanov tərəfindən qırılaraq talan edilib.

İdarə müdıri bir maşın palıdı, dəndəni 1000 manata satır. Hara baxır ekologiya və təbii sərvətlər nazirliyi?

Ekologiya və Təbii Sərvətlər Nazirinin birinci müavini Firdovsi Əliyev hər ayın axırıncı həftəsində Qubaya gəlir və rüşvət aparır. Buna görə də meşələr qırılmaqda davam edir. Bakıda bir ağac kəsəndə 2000-2500 manat cərimə yazırlar. Ancaq yanvar ayından indiyədək Quba-Qusar meşələrində 120.000-dən artıq ağac kəsilib, heç bir tədbir görülmür.

Sonda qeyd edək ki, ölkə meşələri birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirinin razılığı və göstərişi əsasında qırılır və bu işlərdən əldə olunan gəliri meşələrin inkişafı xidməti departamentinin rəisi Namik Xıdırov və nazir müavinləri toplayırlar. Buna görə edilən şikayətlər heç bir nəticə vermir.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 

Mənbə Azinfo.tv
Kendtv.info






0.64016604423523