.backend

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin milyonluq villası - Hansı vəsaitlə tikdirir?

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosunu paylaşıb.

E.Qafarov “Facebook”da yeni tikilməkdə olan 4 mərtəbəli villanın fotosunu paylaşaraq, onun Rəşad Tağıyevin çoxsaylı mülklərindən biri olduğunu yazıb.

“Gördüyünüz bu “kiçik” malikanə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi mülklərindən sadəcə biridir. Həzi Aslanov metrostansiyası yaxınlığında, “keçmiş hərbi hissə” adlanan ərazidə, Kazımağa Kərimov küçəsində yerləşir, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkdür. Dübəndi qəsəbəsində bu malikanədən 2 dəfə böyük daha bir malikanə də R.Tağıyevin son vaxtlar da əldə etdiyi əmlaklardan biridir.

Deyirəm, görəsən “şəffaf” işləyən birinin kiçik bir zaman ərzində bu qədər böyük sərvəti ələ keçirməsi nəyin hesabınadır? R.Tağıyevin şəxsi biznesi yoxdur, daha doğrusu Bakı şəhərində yerləşən 316 ümumi təhsil məktəbindən başqa şəxsi biznesi yoxdur…”

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş RƏŞAD ƏNVƏR oğlu TAĞIYEV 1981-ci ildə Neftçala rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var.

Mənbə Azpolitika.info






0.6860659122467