.backend

4 ay əvvəl yaranan şirkətə 4 milyonluq tender - BDYPİ-nin qalib etdiyi "XAN-2017" MMC kimə məxsusdur?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tenderin qalibini elan edib.

"AzPolitika.info" xəbər verir ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyətləndirilib. Açıq tenderin qalibi "XAN-2017" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək.

Vergilər Nazirliyinin informasiya bazasında apardığımız araşdırma zamanı məlum oldu ki, "XAN-2017" MMC təxminəın 4 ay əvvəl 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.

Şirkət barədə internetdə apardığımız araşdırma zamanı əlavə heç bir informasiyaya rast gəlmədik. Görünür, 3.7 milyon manatlıq tender "XAN-2017" MMC-nin ilk debütüdür.

MMC-nin rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu ilə bağlı apardığımız araşdırma da nəticəsiz qaldı. MMC rəhbəri barədə heç bir informasiya əldə etmək mümkün olmadı.

Qeyd edək ki, 69 yaşlı Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovdur. 67 yaşlı BDYPİ rəisi 25 ilə yaxındır ki, bu sahəyə rəhbərliyi həyata keçirir.






0.76919889450073