.backend

Müəllimlər immun sertifikatı ilə məktəblərə buraxılacaq?  

“Müəllimlərin və texniki işçilərin vaksinasiya prosesi 2021-ci ilin yanvar ayından başlayıb. Artıq 83-84 faiz təhsil işçilərinin vaksinasiyası yekunlaşır”.

Milletinsesi.info-ın məluamtına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O qeyd edib ki, təhsil işçiləri üçün səyyar vaksinasiya xidməti yaradılıb: “Bildiyiniz kimi, bəzi məntələrdə sıxlıq yaranır. Onların rahat şəkildə vaksin olunması üçün şərait yaratmışıq”.

O əlavə edib ki, peyvənd olunmayan və əks-göstəriş, eyni zamanda immun sertifikatı təqdim etməyən müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar: “Təhsil Nazirliyi təhsil işçilərinin oktyabr ayının 1-dən deyil, həmin ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifi ilə çıxış edib”.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, hazırda bu barədə müzakirələr aparılır: “Düşünürük ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək”.

R. Ağayev qeyd edib ki, qərar təkcə ali, orta ixtisas tədrisi müəssisələrində çalışan və təhsil alanlara deyil, bütün təhsil işçilərinə şamil ediləcək.

 






0.54747295379639