.backend

Cəlilabadda yük maşını aşdı: Sürücü öldü, sərnişin xəsarət aldı

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi “QAZ-69” markalı yük avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb.

O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.






0.59273290634155