.backend

Türkiyədə 117 yanğın nəzarət altına alınıb  

Son beş gündə Türkiyənin 35 bölgəsində 125 yanğın ocağı meydana gəlib. Bu barədə ölkənin Meşə Təsərrüfatı İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanğınlardan 117-si lokallaşdırılıb.

Hazırda üç bölgədə səkkiz ocaqda yanğının nəzarət altına alınması ilə bağlı işlər aparılır.

 






0.65195894241333