.backend

İranda sutka ərzində koronavirusdan 366 nəfər ölüb

İran Səhiyyə Nazirliyi günlük COVID statistikasını açıqlayıb.

Məlumata görə, son 24 saat ərzində ölkədə 32 511 yeni yoluxma faktı aşkarlanıb. Yeni xəstələrin 3483-ü artıq xəstəxanalara yatırılıb.

Sutka ərzində 366 nəfərin koronavirusun qurbanı olmasıyla, ölənlərin ümumi sayı 90 996 nəfərə çatıb.

Həmçinin, 83 milyona yaxın əhalisi olan İranda bugünədək COVID-19 əleyhinə 12 milyon 667 min 572 doza vaksin vurulub.






0.59558200836182