.backend

Qazaxıstanda koronavirusa yoluxma sayında antirekord qeydə alınıb

Ötən sutka ərzində Qazaxıstanda koronavirusa yoluxma sayında antirekord qeydə alınıb.

TASS xəbər verir ki, son 24 saat ərzində COVID-ə tutulanların sayı 7803 nəfər təşkil edib ki, bu da pandemiyanın başlanmasından bəri qeydə alınmış ən yüksək göstəricidir.

Həmçinin, ölkədə koronavirusdan ölənlərin gündəlik sayı 91 nəfər olub.

Bununla yanaşı, sutka ərzində 4 933 nəfər virusdan sağalaraq gündəlik həyat tərzinə qayıdıb.






1.1322531700134