.backend

Türkiyədə yanğından zərər çəkən 800-dən çox xəstə evə buraxılıb

Türkiyədəki yanğınlardan indiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, hazırda onların 27-si xəstəxana şəraitində müalicə olunur:

“Marmaris və Bodrumdakı 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yangının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicələri bitib, evə buraxılıb. Manavgatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb”.






0.58281898498535