.backend

İradə Gülməmmədova Bakının meri olacaq? - İDDİA

Yaxın günlərdə Bakı meri Eldar Əzizov vəzifədən uzaqlaşdırılacaq. Bu barədə məlumatda bildirilir ki, Eldar Əzizovun bütün çabaları heç bir nəticə verməyib və onun ən yaxşı halda Nazirlər Kabinetində müşavir, ya da Rusiyaya səfir təyin olunması mumkundür.

Yeni merin kimliyinə gəlincə mənbə bildirir ki, onun xanım olacağı barədə ilkin məlumatlar var.

Böyük ehtimalla yeni mer Abşeron Rayon İcra Hakimiyyərinin başçısı İradə Gülməmmədovanın adı çəkilir. İradə Gülməmmədova uzun zamandır Bakı meri olmaq uçün çalışır. Onun bu posta təyinatı üçün heç bir əngəl yoxdur.

Qeyd edək ki, uzun aylardır Eldar Əzizovun fəaliyyətində zəifləmə müşahidə olunur, mətbuatda görünmür, tədbirlərə qatılmır və problemlərin həllində adı çəkilmir. Sakit köşəyə çəkilməklə işini bitmiş hesab edir.

Hətta onun səhhətində ciddi problemlərin olması barədə malumatlar var.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə bizimxeber.az






0.73838996887207