.backend

Etibar Mirzəyev: “FHN-in 100 əməkdaşı meşə yanğınlarına görə Türkiyəyə göndərilir”

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in 100 əməkdaşını meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım göndərəcəyik”. Bu sözləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, bu, Türkiyəyə göndərilən birinci qrupdur. General həm də qeyd edib ki, iki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq. 

“Əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik”, - deyə, Etibar Mirzəyev deyib.

 






0.68117904663086