Şakira hakim qarşısına ÇIXACAQ: Həbs oluna BİLƏR

 27-05-2022

Kolumbiyalı müğənni Şakira vergidən yayınma ittihamı ilə İspaniyada mühakimə olunacaq.

Məhkəmə 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd edib və onun mühakimə olunmasına qərar verib.

Müğənninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər dəlil olduğu qənaətinə gəlinib.

Prokurorluq 2012-2014-cü illərdə 14,5 milyon avroluq vergidən yayınma ittihamı ilə Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edir.

Şakiranın işi ilə məşğul olan hüquq firması açıqlama verərək bildirib ki, kolumbiyalı müğənni “qüsursuz olduğu üçün günahsızlığını müdafiəyə davam edəcək”.

Həmçinin əlavə edilib ki, “müdafiə tərəfinin irəli sürdüyü iddialar məhkəmə tərəfindən rədd edilməyib və adi proses davam edir”.

Mənbə: THEN24

Bənzər yazılar

0.20606088638306