.backend

Rusiyalı politoloq Sergey Strokan: “Bakı və İrəvan arasında sülh sazişi qaçılmazdır”

“Hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh sazişi qaçılmazdır”. Bu barədə tanınmış rusiyalı siyasi şərhçi Sergey Strokan Caliber.Az-a müsahibəsində deyib.

O bildirib ki, məsələ İrəvanla Bakı arasında münasibətlərin hansısa formada istiləşəcəyindən getmir:

“Gəlin realist olaq - burada hansısa istiləşmə gözlənilmir. Amma praqmatik nöqteyi-nəzərdən mövcud münaqişə potensialını dağıtmaq üçün artıq bu gün bütün tərəflərin belə bir razılaşmaya ehtiyacı var”.

Siyasətçi vurğulayıb ki, qeyri-müəyyənlik yaradan məhz razılaşmanın olmamasıdır və bu çoxsaylı problemlər gətirir.






2.5902271270752