.backend

Biz eyni millət, üç dövlətik

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor

 
Böyük Britaniyanın keçmiş xarici işlər naziri Jak Strav bir neçə il əvvəl üzünü Avropa Birliyinə tutub demişdi ki, vaxt gələcək Türk Kipr Cümhuriyyəti müstəqil ölkə kimi tanınacaq. Cənab Strav türk dünyasının getdikcə artan gücünü, Türkiyənin nüfuzunu və adada türklərin qarşısıalınmaz dövlət institutları formalaşdırmasını nəzərə alaraq belə söyləmişdi.

Yaxın tarixə nəzər salsaq görərik ki, Kipr adasına türklər sivilizasiya gətirib, normal ictimai və sosial instutular formalaşdırıb. Yunanlar bu ərazilərdə əriyib yoxa çıxmaq, beynəlxalq cəmiyyətdən nüfuzdan düşmək reallığını gördüyündən ötən əsrin 70-ci illərində Kiprdə türklərə qarşı soyqırıma başlamışdılar.

Qardaş Türkiyənin Kiprə 1974-cü ildə hərbi müdaxilə etməsi sonugörünməz fəlakətin qarşısını aldı. Həmin dövrdə yunanların lideri Makarios BMT Təhlükəsizlik Şurasında çıxış edərək bildirmişdi ki, Yunanıstan türkləri adana qovaraq özünə birləşdirmək istəyirdi. Türkiyə bu xain planın qarşısını alaraq Kipr Türk Respublikasının mövcudluğunu təmin etdi. Türkiyə adada artıq 50 ilə yaxındır ki, davam edən təminatçı ölkə statusunu daha da gücləndirib. Türkiyə Kipri müstəqilliyə aparan Yolu başa çatdırmaqdadır.

Kipr Türk Cümhuriyyətinin Türkiyədən sonra ən yaxın dostu, qardaşı Azərbaycandır. Tərəflər arasında sıx əlaqələr Ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində qurulub, ikitərəfli səfərlər, hökumət üzvlərinin görüşləri möhkəm təməlləri gücləndirib. KTC-nin Bakıda nümayəndəliyinin fəaliyyətə başlaması qardaşlığın təntənəsi hesab edilə bilər.
 

Prezident İlham Əliyevin qətiyyətli müdrik siyasəti sayəsində humanitar, sosial, elmi-iqtisadi əlaqələr daha da inkişaf edib. 2012-ci ildən Şərqi Ağdəniz Universitetinə azərbaycanlı tələbələrin təhsil alması təmin edilib. Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri olan Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzi mədəni-humanitar layihələrin həyata keçirilməsinə töhfə verib. Neçə ildir ki, Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti əlaqələrin inkişafında xüsusi rol oynamaqdadır.

Kipr Türk Respublikasının Kazimağosa şəhərində Qarabağ parkının açılması, Lefkoşa şəhərində yerləşən Heydər Əliyev prospektinin və Alsancaq bölgəsində yerləşən Azərbaycan məhəlləsinin salınması qardaşlığın ən yükəsk nümunəsidir.

Azərbaycanın 44 günlük Vətən Müharibəsini zamanı ən böyük dəstəyi qardaş Türkiyə ilə yanaşı, Kipr Türk Respublikası da göstərdi. Zəfərdən sonra iki qardaş ölkə arasında əlaqələr yeni bir zirvəyə qalxmaqdadır. Azərbaycan parlamentinin nümayəndə heyətinin bir neçə gün əvvəl paytaxt Lefkoşada Şimali Kiprin sülh və müstəqillik bayramı mərasimlərinə qatılması yeni bir siyasi mənzərə açdı.

Azərbaycanla qardaş Cümhuriyyət arasında təyyarə xəttinin açılması, iqtisadi əlaqələrin və birgə layihələrin başlanması istiqamətində də çoxməzmunlu planlar var, həmçinin Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycana yaxın günlərdə səfər edəcəyi gözlənilir.

Bütün bunlar Kipri ölkəmizə daha sıx bağlayacaq. Ersin Tatarın dediyi kimi “Azərbaycan bizim qardaş ölkəmizdir, çünki nəticə etibarilə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan möhkəm münasibətləri bizim üçün də eynidir, Bizim könlümüzdə Türkiyə necə qərar tutubsa, eyni qəlblə Azərbaycana bağlıyıq. Biz “bir millət, üç dövlətik. Bizim işlərimiz buna doğru gedir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 İyul Kipr Barış və Azadlıq Hərəkatının 47-ci ildönümü münasibətilə parlamentdə çıxışı zamanı bəyan etdiyi kimi artıq bu tarix yetişib, “Kipr türklərini xoş sürpriz” gözləyir. Kipr Türk Cümhuriyyəti bütün türklərin Ana vətənidir, böyük Türk millətinin yurdudur, Turan elidir və türk dövlətləri ilə hərətərəfli siyasi münasibətlərin qurulması çox yaxındır.

Artıq Pakistan da Şimali Kiprə nümayəndə heyəti göndərib və Pakistanla münasibətlərin qurulması ilə bağlı siyasi dialoq uğurla başa çatıb. Əminliklə qeyd edə bilərik ki, Kipr Türk Cümhuriyyətinin dövlət müstəqilliyini tanıyan qardaş Türkiyənin yeni siyasi reallıqlar yaratması ilə digər türk və dost ölkələri üçün ardıcıl bir siyasi presedent formalaşdıracaq, beynəlxalq hüququn subyekti kimi tanınacaq. müstəqil dövlət kimi Türkdilli dövlətlərin və dünyanın siyasi xəritəsində tamhüquqlu yer alacaq, bayrağı beynəlxalq arenalarda dalğalanacaq, himni səslənəcək.






0.63136696815491