.backend

Allahşükür Paşazadə: “Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var” - VİDEO

Bu yaxınlarda Ağdam və Şuşa məscidində namaz qıldıq. Minarədən gələn azan səsi Azərbaycan xalqının ədalətinin bərpası və zəfərinin nişanəsidir.

Milletinsesi.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

O bildirib ki, bu gün Əjdərbəy məscidində bayram namazı qılırıq: “Bu gün İran İslam Respublikasının səfirinin, nümayəndəliyinin burada olması və bayram namazını bizimlə qılmaları bizi sevindirir. Bayramı bizimlə paylaşıb ibadət etdiklərinə görə təşəkkür edirik.

Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, – Şeyx bildirib.

Şeyxülislam Allahşükür Paşazadə sonda bütün dünya müsəlmanlarının bayramını təbrik edib və hər bir vətəndaşa işğaldan azad olunan ərazilərimizdə məscidlərdə namaz qılmağı nəsib etməsini diləyib.

Qeyd edək ki. Şeyxin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Şeyxdən tutduğu vəzifədən istefa verməsini tələb ediblər.

0.31964206695557