.backend

Prezident Vladimir Putin: “Rusiya yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır”

Koronavirusdan sonra Rusiya və Azərbaycan arasında münasibətlər, xüsusən iqtisadi əlaqələr bərpa olunur. Bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur. Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

Prezident Vladimir Putin qeyd edib ki, Rusiya yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır və bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

İki ölkənin koronavirusa qarşı mübarizədə getdikcə daha fəal əməkdaşlıq etdiyini vurğulayan Rusiya Prezidenti Moskva və Bakının Azərbaycanda vaksin istehsalın genişləndirilməsi üzərində işlədiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bəyan edib ki, Rusiya və Azərbaycan pandemiya ilə mübarizə sahəsində fəal əməkdaşlıq edir. O, bildirib ki, Bakı və Moskva Azərbaycanda COVİD vaksini istehsalına başlamaq üzərində çalışır.

Həmçinin, Vladimir Putin qeyd edib ki, 100 min dozadan çox Rusiya istehsalı olan koronavirus əleyhinə peyvənd artıq Azərbaycana çatdırılıb.

Kremldə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşü zamanı başlıca müzakirə mövzularından biri Qarabağ məsələsi olub.

Vladimir Putin Azərbaycan Prezidentinə məsələnin həllilə bağlı kompromis variantların tapıldığı üçün təşəkkürünü bildirib.

Həmçinin, ikitərəfli münasibətlərə də toxunan Rusiya dövlət başçısı bildirib ki, ölkələr arasındakı iqtisadi münasibətlər tədricən pandemiyadan əvvəlki səviyyədək bərpa olunur.

Rusiya prezidenti Vladimir Putin hazırda bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib. Dövlət başçılarının ikitərəfli görüşündən müvafiq görüntüləri “RİA Novosti” yayıb.

Görüşün başlandığı ilk anlarda qeyd alınan bu görüntülərdə Putin ən xoş azrularını İlham Əliyev çatdırıb.

0.25304818153381