Türkiyə tarixində müxtəlif dönəmlər liderlərin adları ilə assosiasiya olunur.
Liderlərin özəl keyfiyyətləri, aldıqları qərarlar, ölkə və cəmiyyət üçün etdikləri insanların onlara münasibətinə birbaşa təsir göstərir.
Bu baxımdan muasir dövrümüzə təsadüf edən Rəcəb Tayyib Ərdoğan dönəminə nəzar salmaq lazımdır. 20 ildən çoxdur davam edən hakimiyyəti dövründə Türkiyənin daxilində, xalqın günlük yaşamında onun xüsusi yeri və çəkisi var.
Rəcəb Tayyib Ərdoğan öz sadəliyi və xalq arasında olan etimadı ilə kifayət qədər hörmətə malikdir. Xalqla qurduğu səmimi münasibətə görə də, istər türk dünyasında, istərsə də dünya siyasi coğrafiyasında türk liderə böyük hörmət var. Sadə insanlarla tez-tez görüşməsi, onların problemlərini dinləməsi də onun insani keyfiyyətlərindən xəbər verən amillərdəndir.
Xüsusən də hakimiyyəti dövründə təkcə Türkiyə xalqı üçün yox, türk dünyası üçün etdikləri onun bütövlükdə türk milləti üçün önəmini artırıb. Bu gün Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş ölkə və eyni zamanda türk dünyası fərqli inkişaf xəttinə qədəm qoyub.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: