.backend

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı azaldı  

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 483 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 839 təşkil edir.

0.2824079990387