.backend

Kəlbəcər rayon baytarlıq idarəsində "yeyintilər" var?! - İTTİHAM

Bir müddət öncə Kəlbəcər rayon Keştək kənd sakini Nəbi Nəbiyevin mediada Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi Məmmədov Mirzəli Hacıağa oğlundan şikayəti yayılmışdı.

Kəlbəcər rayon Keştək kənd sakini Nəbi Nəbiyevin o vaxt mediada yayıldığı şikayət məktubunda Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi Məmmədov Mirzəli Hacıağa oğlunu dövlətin əmlakına qənim kəsildiyini bildirirdi.

Şikayətçi vətəndaş Nəbi Nəbiyev iddia edirdi ki, Kəlbəcər rayon Baytarlıq İdarəsinin rəisi Mirzəli Məmmədov dövlət tərəfindən verilən dərmanları baytarlıq apteklərində satdırır və dövlətin bu idarəyə verdiyi inventarlar şəxsi maraqlar üçün istifadə edir: "Dövlət tərəfindən ayrılan dərman peraparatları məcburi köçkünlərə paylanmayıb. Bəzi sakinlər və fermerlər Kəlbəcər rayon baytarlıq idarəsi tərəfindən heç bir vaksinasya işlərinin aparılması ilə yanaşı, baytarlıq idarəsindən dərman ala bilmədiklərini qeyd ediblər. Bəs, görəsən Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi Mirəli Məmmədov dərmanları hansı sakinlərə paylayıb?"

Şikayətçi vətəndaş Nəbi Nəbiyevin mediada yayıldığı məktubunda qeyd edirdi ki, Kəlbəcər rayon baytarlıq idarəsinin rəisi Mirzəli Məmmədov dövlət tərəfindən sakinlərə pulsuz verilməsi nəzərdə tutulan dərmanları mənimsəyib və dövlət tərəfindən ona verilən xidməti "NİVA" markalı avtomobili isə öz yaylağında çobanların istifadəsinə verib.

Sonra vətəndaş Nəbi Nəbiyev şikayət məktubunda bildirib ki, Mirzəli Məmmədov dövlətin vəsaiti hesabına özünə bir neçə mülk əldə edib, fermalar satın alıb. 

Sonda şikayətçi vətəndaş Nəbi Nəbiyev növbəti yazılarında Mirzəli Məmmədovun qardaşının hansı vəsait hesabına direktor təyin edilməsi, sonradan hansı yola işdən azad edilməsindən bəhs edəcəyini məktubunda bildirib.

Bununla yanaşı dövlətin etimad edərək Mirzəli Məmmədova verdiyi səlahiyyətin yüksək sui-istifadə hallarına yol verilməsi və əmlak mənimsənilmələrindən tutmuş, bütün detallarla oxucuları tanış edəcəyini Nəbi Nəbiyev bildirib.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Azər Mətin

MillətinSəsi.info

 

0.2900710105896