.backend

Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirilib

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Milletinsesi.info-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Belə ki, iyulun 19-u qeyri-iş gününə təsadüf etdiyinə görə I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün iyulun 26-dan müəllim seçimini etmək mümkün olacaq.

0.316251039505