.backend

Son sutkada vaksin olunanların sayı açıqlandı  

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 986 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 556 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 323 487, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 566 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 757 167 təşkil edir.

0.27687191963196