Rüşvətə görə tutulan dekanın məhkəməsi başlayır

 06-05-2023

Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İbtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər yazılar

0.25963997840881