.backend

Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş -16 gün işsiz qalıb...

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Günay Qurbanova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

32gun.news
-un əldə etdiyi məlumata görə, nazirin vəzifə verdiyi xanım, deputat Sadiq Qurbanovun həyat yoldaşıdır.


O, Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova 16 gün işsiz qaldıqdan sonra yeni vəzifəyə təyin edilib.

Qurbanova Günay Vidadi qızı 1983-cü ildə anadan olub.

2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin Xarici dil fakültəsində fransız dili ixtisası üzrə təhsil alıb.

2004-2010-cu illərdə “Evrika”  təhsil müəssisəsində metodist vəzifəsində çalışıb. 2017-2021-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq  Evləri İdarəsində metodist vəzifəsində çalışıb, uşaq evlərinə kuratorluq edib.

Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasında əlavə təhsil alır.

Fəaliyyəti dövründə BMT-nin Uşaq Fondu (UNICEF), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə keçirilmiş uşaqların fiziki, əqli, mənəvi inkişafına həsr olunmuş seminarlara təşkilatçılıq edib.

Azərbaycan Respublikası təhsil nazirinin 2021-cı il 7 iyun tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.



Müəllif Jalə

Mənbə 32gun.news

0.2867259979248