.backend

AAYDA sədri Saleh Məmmədov  istefaya göndərilir? - İDDİA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun vəzifəsini itirə bilər.

32gun.news xəbər verir ki, buna səbəb aprel ayında işğaldan azad edilmiş Qubadlı rayonunda yol tikintisi zamanı XVIII əsrə aid məscidin sökülməsidir.

Yada salaq ki, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVIII əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

İddialara görə, baş vermiş hadisə ilə bağlı Saleh Məmmədov ciddi şəkildə danlanılıb. Saleh Məmmədovun danlanması və qəzəbə tuş gəlməsi onun müavini, həm də rəqibi Əvəz Qocayevi önə çıxardıb. Artıq AAYDA-nın bir çox tədbirlərinə Əvəz Qocayev qatılır.

Qeyd edək ki, son günlər Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Saleh Məmmədovun gözə dəyməməsi onun “qara siyahı”ya düşməsi ehtimalını artırır. Prezidentin səfərlərində onu müşaiyət edən dövlət qurumlarının rəhbərləri arasında Saleh Məmmədovun əvəzinə Əvəz Qocayev iştirak edir.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Müəllif Nilufər

Mənbə 32gun.news

0.45196390151978