Havanın temperaturu 5-9 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ

 28-04-2023

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, mayın 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, mayın 1-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı düşəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Bənzər yazılar

0.21487307548523