Amerikalı aktyor Çenninq Tatum Londonun mərkəzindəki “Louie” restoranında nahar edib.
Yemək zamanı o, səhvən qonşu masada oturan bir qrup adamın onu lentə aldığını düşünüb və yemək yeyənlərə orta barmağını göstərib.
O, ofisiantdan həmin şəxslərin restorandan qovulmasını istəyib.
Qeyd edək ki, hazırda Londonda aktyorun iştirakı ilə “Super Mayk”ın üçüncü hissəsi çəkilir.
Mənbə: gazeta.ru