“Bodrumspor”un əleyhdarları komandanın qaldığı otelə BASQIN EDİBLƏR - VİDEO

 24-05-2022

TFF 2-ci Liqasında “Bayburt Özel İdare Spor”la “Bodrumspor” arasında keçiriləcək pley-off cavab matçı öncəsi qorxulu anlar yaşanıb. “Bodrumspor”un qaldığı otelin qarşısına gələn “Bayburt Özel İdare Spor” azarkeşləri otelə girməyə cəhd ediblər.

TFF 2-ci Liqa pley-off yarımfinal mərhələsinin ilk matçında “Bodrumspor”, “Bayburt Özel İdare Spor”u 3:1 hesabı ilə məğlub edib. Qısamüddətli gərginlik yaşanan matçın davamında “Bodrumspor” cavab oyunu üçün Bayburta yollanıb.

Axşam saatlarında çoxlu sayda bayburtlu azarkeş “Bodrumspor” komandasının qaldığı otelə gəlib. “Bodrumspor”a və yaşıl-ağ forma geyinmiş futbolçulara qarşı təhqiramiz şüarlar səsləndirən azarkeşlər siqnal verərək və otelin qarşısına partladıcı maddə atıblar. Futbolçuların yatmağa getdiyi saatda otelin ətrafına toplaşan azarkeşlərə polis müdaxilə edib.

Mənbə: Haber Global

Bənzər yazılar

0.21016097068787