Vətən müharibəsi QAZİSİ İNTİHAR EDİB

 23-05-2022

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. 

MillətinSəsi.info-nun “Kriminalqafqaz”a istinadən məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.20006489753723