“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə bağlı məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə ASC Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, şirkət vergi məsələləri üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Elvin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əasən, ASC-nin 13 969 675.60 manat vergi borcu var.
Xatırlatma: Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.