Gəncədə məktəbin baxımsız vəziyyətdə olması valideynləri təngə gətirib - VİDEO

 16-04-2023

Gəncə şəhər 19 nömrəli tam orta məktəb baxımsız vəziyyətdədir. Mövcud durum valideynləri təngə gətirib.

“Xezerxeber.az”ın məlumatına görə, sinif otaqları və dəhlizlərin, şüşə və qapıların, pilləkən və divarların vəziyyətindən görünür ki, məktəbin ümumi vəziyyəti ürəkaçan deyil.

Məktəbin direktoru deyir ki, yaranmış vəziyyətin səbəbi təhsil ocağının istifadədə olduğu 45 il ərzində bir dəfə də əsaslı təmir olunmamasıdır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirib ki, son 10 ildə Gəncədə 12 məktəb əsaslı təmir edilib. 19 nömrəli təhsil ocağı da təmiri planlaşdırılan məktəblər siyahısına daxil edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bənzər yazılar

0.50314283370972