DİM imtahan sualını səhv tərtib edib? - Video

 16-04-2023

Dövlət İmtahan Mərkəzinin martın 5 və 12-də keçirdiyi buraxılış imtahanlarında təqdim edilən bəzi sualların yanlış olması ilə bağlı iddialar gündəmdən düşmür.

Xezerxeber.az xəbər verir ki, xüsusilə Riyaziyyat fənni üzrə təqdim edilən sualların quruluşu ilə bağlı narazılıqlar var.

Fizika-Riyaziyyat müəllimi Namiq Süleymanov düzgün olmadığını iddia etdiyi sualın detallarından danışıb.

Müəllim iddia edir ki, şagirdlər sözügedən tapşırığı həll etmək üçün 15 dəqiqə vaxt sərf ediblər və cavab olaraq ''3'' rəqəmini qeyd ediblər.

“Lakin bu DİM-in təqdim etdiyi düzgün cavabla üst-üstə düşməyib”

Namiq Süleymanov iddia edir ki, sonradan sualın səhv olduğunu anlayan qurum həm abituriyentlərin tapdığı, həm də özünün əvvəldən düzgün kimi müəyyən etdiyi variantı doğru cavab olaraq qəbul edib

Namiq müəllim martın 12-də keçirilmiş buraxılış imtahanında düzbucaqlı paralelepipedlə bağlı verilən sualın da nöqsanlı olduğunu iddia edir.

“DİM-dən iddialara münasibət bildirilib”

Qeyd edilib ki, aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur.

Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası yaradılır. Yəni şikayəti olanlar komissiyaya müraciət edə bilərlər.

Ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

7.1669518947601