AAYDA-nın əməkdaşı jurnalistə hücum etdi: “Əcəb edirik” – Video

 16-04-2023
Yasamal rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarının Qələbə dairəsindən başlayaraq yolboyu ağacları dibindən çıxardığı bildirilir.
 
Bu barədə Toplum TV-nin reportajında məlumat verilib.
 
Agentliyin özünü təqdim etməyən əməkdaşı əvvəlcə ona yönləndirilən suala cavab verməkdən imtina edib, daha sonra isə jurnalistə hücum edib və çəkilişə mane olmağa cəhd edib. Əməkdaş əl-qol hərəkətləri ilə jurnalistin fəaliyyətinə mane olmağa və texniki vasitələri onun əlindən almağa çalışıb.
 
“Yeri get o yana. Sən məni aldadırsan, yeri get o yana. Sən kimsən ki? Söndür, dartıb qıraram”, - jurnalistin mikrofonunu əlindən almaq istəyən əməkdaş deyib.
 
Jurnalistin “Ağacları niyə çıxarırsınız” sualına isə əməkdaşın cavabı belə olub:
 
“Az, əcəb eləyirik”.
 
Məsələ ilə bağlı AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həmin ağaclar müxtəlif ərazilərə köçürülür.
 
Ekoloq Sadiq Həsənov isə indi ağacların inkşaf dövrü olduğu üçün onların yerinin dəyişilməsinin doğru olmadığını deyib:
 
“İndi, ümumiyyətlə, ağacların vegetasiya dövrüdür. Ağaclar nə vaxt budanır, yaxud yeri dəyişilir? Bu, əsasən, payız aylarında ağacın yarpaqlarının töküldüyü vaxtdan başlayaraq, fevral ayına qədər davam edir. İndi artıq bu ağacların inkşaf dövrüdür və bu dövrdə ağacların nə yerinin dəyişilməsi, nə də budanması hadisəsi olmamalıdır. Bu ağaclara həddindən artıq zərər verir və sonradan onların qurumasına səbəb olur”.
 

Bənzər yazılar

0.39559698104858