Əziz Əşrəf oğlu Şərifov Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.
Bu barədə aprelin 12-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, Ə.Şərifov 9 sentyabr 1969-cu ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb. 4 iyun 2018-ci il tarixdə AQTA-nın Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adını alıb.
13 iyun 2019-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.