Mərkəzi Bank sədrinin müavini və Elmar Vəliyevin qardaşına “atan” şəxs HAKİM QARŞISINDA

 20-05-2022

Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyevə və “Azneftemash” zavodunun prezidenti Şahmar Vəliyevə (Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı) qarşı külli miqdarda dələduzluq edən Cəfər Əliyev hakim qarşısına çıxarılır.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Cəfər Əliyev, həmçinin Əkrəm, Sadıq, Bəxtiyar, Rafiq, Etibar və Vaqif adlı şəxslərə də təxminən 2 milyon ABŞ dolları zərər vurub.

O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd edib.

Onu da qeyd edək ki, istintaq materiallarında zərərçəkənlərdən biri vəsaitin Alim Quliyevə məxsus olduğunu bildirib.

Cəfər Əliyev barəsində isə Nərmanov Rayon Polis İdarəsində AR CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanılaraq Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri barədə qərar qəbul olunaraq beynəlxalq axtarışa verilmiş, 2021-ci ilin may ayında İran İslam Respublikasında saxlanılıb. Azərbaycana ekstradisiya olunan Cəfər Əliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 20 may 2022-ci il tarixə təyin edilib.

Mənbə Gununsesi.info

Bənzər yazılar

0.48246908187866