Qəbələ, Goranboy və Qaxa dolu yağdı

 06-04-2023

Goranboya güclü yağış, daha sonra isə dolu yağıb.

APA-nın məlumatına görə, bu gün saat 21 radələrində iri buz parçları rayonun Veysli kəndində müşahidə edilib.

Dolu 10 dəqiqəyə yaxın davam edib. Hələlik ziyanla bağlı məlumat yoxdur.

Qax rayonuna da dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

Bu gün axşam saatlarında yağan güclü yağış rayonun Qazmalar, Oncallı, Tanqıt və​ Baydarlı kəndlərində dolu ilə müşahidə olunub.

Məlumata görə, təqribən 7-8 dəqiqə davam edən dolu meyvə ağaclarına​ ziyan vurub.

Həmçinin Qəbələdə güclü leysan və dolu yağıb.

Dolu və leysan nəticəsində şəxsi təsərrüfatlara və meyvə ağaclarına ziddi ziyan dəyib.

Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Qeyd edək ki, leysan və dolu 15 dəqiqə davam edib.

Bənzər yazılar

0.4312961101532