Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi dəyişib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın həmsədri dəyişdirilərək ekologiya və təbii sərvətlər naziri olub.
Bundan əvvəl komissiyanın həmsədri kənd təsərrüfatı naziri olub.
Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.