Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Milletinsesi.info xəbər verir ki, “Bavariya” öz meydanında “Frayburq”la qarşılaşıb. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 19-cu dəqiqədə Dayot Upamekano ilə “Bavariya” açsa da, Nikolas Hofler 27-ci dəqiqədə bərabərliyi təmin edib. 90+4-cü dəqiqədə isə Lukas Holer “Frayburq”u növbəti mərhələyə yüksəldən qolu vurub.