Milli Məclisin iclasında İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk rəhbəri olub.
“O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra edib. İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda - Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inanırıq”, - deyə o əlavə edib.
Parlament İnam Kərimovun hakim təyin edilməsini qəbul edib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.